Ölkədə ölüm cəzasının ləğv edilməsini istəyirəm - Bayden

3 İyul 2021 09:23 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden ölkədə ölüm cəzasının ləğv edilməsini istəyib. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Prezident açıq şəkildə edamların dayandırılmasını istəyir. Baş prokurorun irəliyə addım atdığını görəndə sevinir”- deyə, Psaki qeyd edib.

ABŞ Baş prokuroru Merrik Harland Ədliyyə Nazirliyinin müvafiq prosedurlarını yoxlayarkən ölüm hökmünün federal səviyyədə icrasına moratorium elan edib.