Türkiyədə son sutkada yeni növ koronavirusa 4891 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son sutkada yeni növ koronavirusa 4891 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 55 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 829 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 4 891 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 435 831 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 352 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 305 856 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə