Aİ-nın Azərbaycandakı nümayəndəliyinin başçısı qurumun Qazaxıstandakı nümayəndəliyinə rəhbər təyin edilib

Aİ-nın Azərbaycandakı nümayəndəliyinin başçısı qurumun Qazaxıstandakı nümayəndəliyinə rəhbər təyin edilib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Qazaxıstandakı nümayəndəliyinin rəhbəri təyin edilib.

SİA-nın Avropa İttifaqının saytına istinadən verdiyi məlumata görə, müvafiq qərarı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell imzalayıb.

Qeyd edək ki, K. Jankauskas Azərbaycandakı fəaliyyətinə qədər Aİ-nin Gürcüstandakı Müşahidə Missiyasının rəhbəri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə