“Sədaqət müqaviləsi” imzalayan miqrant nə etməlidir?

“Sədaqət müqaviləsi” imzalayan miqrant nə etməlidir?

Bu gün rusların etirafına görə, Rusiyanın həqiqətən də miqrantlara böyük ehtiyacı var. Yəni Rusiya miqrantları məmnuniyyətlə qəbul edir. Qeyd edək ki, bu gün şimal qonşumuzun inşaat sahələrində, mənzil-kommunal xidmətlər sistemində, kənd təsərrüfatında ən azı 5 milyona yaxın əmək miqrantına ehtiyacı var.

Təbii ki, dediyimiz kimi, Rusiya miqrantları qəbul edir, amma burada sual oluna bilər, bu ölkəyə gələn miqrantların hamısı bu ölkənin qanunlarına tabe olurmu? Əslində burada əsas günahı miqrantlarda görmək düzgün olmazdı, çünki bu sıraya miqranta pis təkliflə bulunan işəgötürənlər də daxil edilməlidir.

Qeyd edək ki, bir müddət bundan əvvəl rus səlahiyyətliləri “Sadiqlik müqaviləsi” adlı müqavilə müəyyən ediblər. Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yeni “müqavilə” xarici vətəndaşa Rusiyaya giriş, çıxış, qalma (yaşayış) və işləmə qaydaları (tələbləri) barədə məlumat vermək üçün inzibati tədbir kimi istifadə ediləcək.

Beləliklə, “Sədaqət müqaviləsi” imzalayan miqrant, müəyyən edilmiş qaydalara riayət etməməyin nəticələri barədə məlumatlı olduğunu təsdiqləyərək, Rusiyaya zərər verməməyi qəbul edəcək.

Bundan əlavə, xarici vətəndaş, müqavilənin şərtlərini pozduğu təqdirdə, ölkədən çıxarılması ilə əlaqəli xərcləri ödəmək öhdəliyi götürəcək.

“Qanun layihəsinə görə, “Sədaqət müqaviləsi”nin imzalanması, Rusiyaya viza əsasında daxil olan xarici vətəndaşlar tərəfindən, eyni zamanda Rusiyaya daxil olmaq üçün müraciət edərkən bunun elektron formada da imzalanması gözlənilir”

Qeyd edək ki, qanun layihəsi, müqavilə imzalandıqdan sonra Rusiyaya vizasız daxil olan xarici vətəndaşlar tərəfindən məcburi dövlət barmaq izi qeydiyyatının aparılmasını da təmin edir.

Beləliklə, Rusiya qanunlarını pozan miqrantlar, artıq məlumatsızlıqlarını əsas gətirərək rus qanunlarını pozduqlarına görə məsuliyyətdən yayına bilməyəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə