Ukraynanın sabiq iqtisadiyyat naziri Viktor Suslov torpaq bazarının açılmasının ölkəndə ciddi nəticələrlə gətirib çıxara biləcəyini bildirib. Belə ki, onun sözlərinə görə, əgər belə davam edərsə, bu halda, Kiyev kənd təsərrüfatı məhsullarının ixracı üzərində nəzarətini itirəcək.
Qeyd edilməlidir ki, bir müddət bundan əvvəl Ukrayna dövləti ölkədə yaranmış iqtisadi çətinliklərdən “qurtulmaq üçün” əkin sahələri də daxil olmaqla torpaqlarını satışa çıxarmışdı. Amma maraqlıdır ki, bu gün artıq ukraynalılar arasında aparılan rəy sorğusunda ölkə vətəndaşlarının təqribən 80 faizi kənd təsərrüfatı torpaqlarının xaricilərə satılmasının əleyhinə səs veriblər. Qeyd edək ki, ukraynalıların yalnız 15 faizi torpaqların xaricilərə satılması təşəbbüsünü dəstəkləyib.
…Deməli, ötən gün Ukraynanın “Birinci müstəqil” TV kanalının efirindən danışan keçmiş nazir kənd təsərrüfatı sahələrinin xarici mülkiyyətçilərə verilməsi halında kənd təsərrüfatı məhsullarının ixracdakı payının artacağını bildirib. Yəni belə olan halda, Ukrayna əsas kənd təsərrüfatı məhsullarını xaricdən almaq məcburiyyətində qalacaq ki, bu da bugünkü Kiyevin imkanı daxilində deyil.
Suslova görə, belə olan halda xarici dövlətlər Ukrayna siyasətinin müəyyənləşdirilməsinə fəal şəkildə də müdaxilə edə biləcəklər.
Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko, torpaq satışına qoyulan moratoriumun qaldırılmasından danışaraq ölkə ərazilərinin böyük hissəsinin itirələcəyindən danıçmışdı. Timoşenkoya görə, Ukryna torpaqlarının xaricilərə satışı ölkə konstitusiyanın ən azından 22 maddəsinin pozulması deməkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB