Vaşinqtonda tikintisi davam edən bina çöküb, bir nəfər ölüb

Vaşinqtonda tikintisi davam edən bina çöküb, bir nəfər ölüb

ABŞ-ın paytaxtı Vaşinqtonda tikintisi davam edən bina çöküb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonun Yanğından Mühafizə Xidmətinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, bir nəfər isə dağıntılar altında qalıb.

Hazırda xilasedicilər tərəfindən dağıntılar altında qalan şəxsin axtarışları həyata keçirilir.

Qeyd edilir ki, hadisə ilə əlaqədar yaxınlıqdakı binaların sakinləri təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə