Ənənə yoxsa vəhşilik?

Şotlandiyanın şimal-qərbində və İslandiyanın cənub-şərqində yerləşən Farer adaları, Danimarkanın muxtar vilayətidir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Farer adaları hər il iyun-sentyabr ayları arasında dəhşətli bir qırğının səhnəsinə çevrilir. Danimarka sahillərinə köç edən balinalar, özlərini "ovçu" adlandıran ənənəvi balıqçılar tərəfindən tutulur və kəsilir. Bu dəhşətli vəziyyət hər il yaşanır. 175-ə yaxın balina sürülər halında adanın sahillərinə gəlir. Farer adaları sakinləri tərəfindən bıçaq, qarmaq və hətta mızraqlarla tələyə düşərək öldürülürlər. Bu vəhşi "ənənə" o qədər dəhşətlidir ki, Dəniz Qoruma Cəmiyyətinin bölgədəki dronları tərəfindən çəkilən fotoşəkillərdə də dəniz suyunun rənginin dəyişdiyi və hər yerin qırmızı olduğu açıq şəkildə görünür. Balinalar hər il Danimarka sahillərində köç edirlər. Balıqçılar tərəfindən sahil xətti boyunca üzməyə məcbur olan balinalar yorulduqda və yavaşladıqda, balıqçılar qayıqlarla yaxınlaşırlar. Balinaların yanına gələn balıqçılar ovlarına başlayırlar. Dənizə tullanan balıqçılar balinaları yaralayaraq sahilə sürükləyirlər. Böyük qırğın bundan sonra başlayır. Belə ki, dayaz sahildə müdafiəsiz balinalar və delfinlər ovçuların bıçaqları ilə amansızcasına öldürülürlər.

Xatırladaq ki, Danimarkada balina ovu qadağandır, lakin adada belə bir qanun yoxdur. Balıqçılar isə bu hərəkəti hər il balinalara böyük ziyan vuraraq həyata keçirirlər. Yer üzündə qalan yüz minlərlə balinanın sayı getdikcə azalmaq üzrədir, yox olmaq təhlükəsi ilə üzləşirlər. On altıncı əsrdən bəri bölgədə hər il tətbiq olunan bir “ada ənənəsidir”. Adanın yerli sakinlərinin çoxu balina ovlamaqla dolanışıqlarını təmin edirlər. Ovlanan balinaların bir qismi qida olaraq istehlak edilir və bu səbəbdən də bu qırğın ada sakinləri tərəfindən müdafiə olunur. Digər tərəfdən, dünyanın hər yerindəki heyvan hüquqları təşkilatları bu qırğının qarşısını almağa çalışırlar.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə