Putin sərxoş sürücülərə qarşı cəzanı sərtləşdirdi

Putin sərxoş sürücülərə qarşı cəzanı sərtləşdirdi

Rusiyanın dövlət başçısı Vladimir Putin təkrarən sərxoş vəziyyətdə avtomobil idarə etməsinə görə cəzanı sərtləşdirən qanun imzalayıb.

Xatırladaq ki, əvvəllər belə bir qanun qanun Dövlət Duması tərəfindən qəbul edilmiş və sonradan Federasiya Şurası tərəfindən təsdiq edilmişdi. Ötən gün qəbul edilən yeni qaydalar isə Rusiya Cinayət Məcəlləsinin 264.1-ci maddəsinə dəyişikliklər edir. Belə ki, daha əvvəl analoji hərəkətə görə inzibati qaydada cəzalandırılan və ya imtahan verməkdən imtina edən sərxoş sürücü üçün nəzərdə tutulan 200 min rubl artıq 300 min rubla qədər artırılır. Cəriməyə alternativ olaraq, həm də iki ilə qədər həbs cəzası əlavə edilib.

Bundan da laha sərt cəza, Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsinin ikinci, dördüncü və ya altıncı hissələrində nəzərdə tutulmuş sərxoşluqda cinayət törətməkdə təqsiri olan şəxsləri də təhdid edəcəkdir. Qanuna görə, bu cür sürücülər 300-500 min rubla qədər cərimə və ya üç ilə qədər həbs cəzası ilə cəzalandırılacaqlar.

Xatırladaq ki, ötən ilin “ən yüksək” sərxoş yol qəzası Moskvanın mərkəzində baş vermişdi. Həmən vaxt qəzanı aktyor Mixail Efremov törətmişdi. Belə ki, Efremovun idarə etdiyi cip kuryer xidməti avtomobilinə çırpılmışdı. Qəza nəticəsində həyatını itirən kuryerə görə Efremova 8 il həbs cəzası verilmişdi ki, sonradan bu müddət 7,5 ilə endirildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə