"İrəvan və Ankaranın qardaş şəhərlər olma ehtimalı azdır...”

...lakin, ermənilərə görə, həmişəlik müharibə edən iki dövlətin paytaxtları olaraq qalmaq da vacib deyil
"İrəvan və Ankaranın qardaş şəhərlər olma ehtimalı azdır...”

“Bu gün Türkiyə ilə münasibətlərdən danışmaq minalı sahədən keçmək kimidir, yəni bir az sola və yaxud bir az sağa, sonda havaya sovrulacaqsınız”. Bunlar “erməni təxəyyülü”ndən tökülən fikirlərdir. Bəli, bu günə qədər də öz milli varlığı ilə bağlı birbaşa türklərə borclu olmalı olan xəbis erməni fikirləri...

Qeyd edim ki, son günlər Ermənistanda ermənilərin türklərlə yeni qurulacağı ehtimal olunan əlaqələrə ermənilərin münasibəti fərqlidir. Əslində, burada fərqli sözü elə də yerin düşmür. Cünki əksər ermənilər bu münasibətlərin elə də perspektivli ola biləcəyinə inanmırlar.

Qeyd edim ki, bu inamsızlıq dar çərçivədə, yəni elə də geniş olmayan erməni əhli arasında aparılan rəy sorğusundan sonra bir daha məlum olub. Amma burada maraqlı bir nüans da nəzərdən qaçmamalıdır. Belə ki, rəyi soruşulan bəzi ermənilər türkləri Ermənistandakı siyasi dəyişikliklərin hərəkətverici qüvvəsi olaraq qəbul etdiklərini gizlətməyiblər. Amma dediyim kimi, bunlar ermənilər arasında azlıq təşkil edənlərdir.

Ümumulikdə isə qoyulan sual belə olub: sizin Türkiyə və türklərə manasibətiniz necədir?

Məsələn, erməni gənclərindən biri Türkiyəyə qonşu bir dövlət, türklərə isə qonşu bir dövlətdə yaşayan vətəndaş kimi baxdığını bildirib.

Təbii ki, şəxsən mənə həmin erməninin onda türklərə qarşı öldürmək, yandırmaq, təcavüz etmək istəyinin olmadığını söyləməsi elə də inandırıcı görünmür. Maraqlı görünən isə onun Tanrının verdiyinə qane olduğunu, yəni Ermənistanın İsveçrə ilə qonşu olmamasında günahkar olmadığını deməsidir. Erməninin dediyindən belə başa düşülür ki, guya Tanrının verdiyi onları qane edir. Burada da, Sizi deyə bilmərəm, amma mən bu erməninin “səmimiyyətinə” inanmıram. Əvvəla qeyd edim ki, İsveçrənin ən böyük xoşbəxtliklərindən biri, bu ölkənin Ermənistanla qonşu olmamasıdır. Çünki, “harada çörək boldursa, oranı özlərinə vətən hesab edən ermənilər” çoxdan İsveçrənin əzəli erməni torpağı olduğunu iddia edib, yalançı hay-həşirlə bu ölkədən də ərazi umardılar.

...Yeri gəlmişkən bildirək ki, sorğu Türkiyənin erməniər üçün fərqli önəmlər kəsb etdiyini də ortaya qoyub. Bunu onların dedikləri də təsdiq edir. Məsələn, bu gün ermənilərin bir qismi üçün Türkiyə “əbədi olaraq lənətlənmiş şər bir ərazi”, bəziləri üçünsə dəri məmulatları və qalereya maşınlarının geniş çeşidi ilə gözoxşayan yaxşı bir kurortdur.

Məsələ bundadır ki, bu gün hamısı da olmasa, amma bəzi ermənilər qonşu dövlətlə münasibətlərin yaxşılaşacağına ümid edib və keçmişi unutmadan gələcək haqqında düşünməyə çağırırlar. Digərləri, onsuz da çox sayda olan qarşılıqlı şikayətləri daha da çoxaldaraq, radikal hisslərlə yanaşı oynayırlar, amma bundan sonra nə edəcəklərini hələ də bilmirlər.

Amma dediyim kimi, ermənlər arasında mütəlif mövqe nümayiş etdirənlər də az deyil. Məsələn, bəzi erməni mütəxəssislər Ermənistanın Türkiyə ilə sərhədinin açılacağı təqdirdə Rusiyanın erməni iqtisadiyyatına dəstək xərclərini azaldacağını iddia edirlər.

Etiraf edilməlidir ki, bu gün erməniləri maraqlandıran, onların dediyi kimi, elə də böyük bir siyasəti olmayan, sadəcə olaraq, küçədən gələn bir adamın, yəni Nikol Paşinyanın bundan sonrakı davranışları olacaq. Reallıq isə budur,.. bəli, İrəvan və Ankaranın qardaş şəhərlər olma ehtimalı azdır, lakin həmişəlik müharibə edən iki dövlətin paytaxtları olaraq qalmaq da vacib deyil.

...Mənafelərin düzgün balansını qurmaq üçün müdrik və təcrübəli bir siyasətçiyə ehtiyac duyan ermənilər nədənsə, Nikol Paşinyanı bu məziyyətlərdən məhrum biri kimi görürlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə