Zelenskinin ruslar və ukraynalılar haqqında dedikləri DÖVLƏT DUMASI TƏRƏFİNDƏN ŞƏRH EDİLDİ

Zelenskinin ruslar və ukraynalılar haqqında dedikləri DÖVLƏT DUMASI TƏRƏFİNDƏN ŞƏRH EDİLDİ

Rusiya Federasiyası Dövlət Dumasının Krım bölgəsindən olan deputatı Mixail Şeremet Ukrayna Prezidenti Vladimir Zelenskinin, “ruslar və ukraynalılar bir xalq deyil və hər kəsin öz yolu var” sözlərini kədərli adlandırıb. SİA xəbər verir ki, deputat Mixail Şeremet bunu RİA Novostiyə müsahibəsində bəyan edib.

Qeyd edək ki, bir qədər əvvəl Zelenski Twitter-də Ukraynalılar və Rusların bir xalq olmadığını, hər birinin öz yolu olduğunu, ancaq məqsədin eyni, müharibəni bitirmək, əraziləri geri qaytarmaq olmalı olduğunu yazmışdı.

"Zelenskidən bu cür sözləri eşitmək kədərlidir. Ukraynanın, rəhbərlərinin səssiz razılığı ilə Qərbin Rusiyaya hakim olması üçün təcrübələrin tramplininə çevrilməsi kədərlidir", deyə Şeremet bildirib.

Onun sözlərinə görə, Zelenski müdrik bir siyasətçi olsaydı, "ölkəsini qərb kuratorları tərəfindən qəsdən əsarət altına alma kursundan" imtina edərdi.

"Ukrayna bir dövlət olaraq yalnız Rusiya ilə çiyin-çiyinə addımladığı zaman inkişaf etdi və hesablaşıldı. Yalnız birlikdə və bərabər hər cür çətinliyi və təhdidləri aşdıq. Buna görə Zelenskinin danışdığı digər yol böyük bir bədbəxtlik və səhvdir, hansıki Ukraynalıların sonrakı nəsilləri buna görə ödəməli olacaqlar. Qərb heç vaxt Ukraynanı bərabər hüquqlu hesab etməyəcək. Qullar kimi əbədi mövcud olacaqlarından həqiqətən razıdırlarmı?", deyə Şeremet sual edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə