Rusiya Prezidenti Vladimir Putin qatıldığı proqramda hansı peyvənddən vurdurduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin ölkəsində hər il ənənəvi olaraq təşkil olunan “Direct Line” proqramında insanların suallarını cavablandırır.
Putin, proqramda hansı peyvəndi vurdurduğunu və vəziyyətindəki son halını da açıqlayıb. Putin bildirib ki, Covid-19 peyvəndinin iki dozasını da vurdurduqdan sonra heç bir yan təsiri olmayıb. Eyni zamanda antitel səviyyəsinin də yüksək olduğunu qeyd edib. Peyvənd vurulan vaxt niyə yayımlanmamasına aid sualı belə cavablandırıb: "İnşallah xalqımız başa düşür ki, peyvənd olunduğumu deyirəmsə demək ki, peyvənd olunmuşam. Bu səviyyədə olan insanlar kiçik yalanlar deməzlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB