İngilis filosofu Frensis Bekonun sözüdür, deyir ki, “…yalançı Tanrıya qarşı “üsyan” edən, lakin adi insanlardan belə qorxan bir axmaqdır…”.
Əslində, bu gün sabiq erməni rəhbərlərinin Nikol Paşinyanı səriştəsizlikdə, küçə adamı olmaqda ittiham edib, 44 günlük müharibə məğlubiyyətini “onun üzərinə yükləmələri” nə dərəcədə doğrudur? Təbii ki, əksər ermənilər bunun nə vaxtsa baş verəcəyini yaxşı qanırdılar. Çünki necə deyərlər, zülm ilə abad olanın, axırı həmişə bərbad olub.
Qeyd edilməlidir ki, kimlərinsə köməyi ilə Azərbaycan torpaqlarını işğal edən dişi qana batmış ermənilər, həmişə istədiklərinə nail olacaqlarını düşünürdülər. Amma ermənilər arasında da Azərbaycana qarşı etdikləri vəhşiliklərin nə vaxtsa hesabatının veriləyəcəyini də yaxşı anlayırdılar.
Əslində, bu fikirləri təkrarlamağa, məni ermənilərin üçüncü prezident kimi təqdim etdikləri Serjik Sarkisyanın son açıqlamaları vadar edir.
Belə ki, ötən gün S. Sarkisyan erməni saytına danışarkən, hakimiyyətdə olduğu dövrlərdə erməni hərbçilərinin silah-sursat təminatı ilə yanaşı, onların qida təminatına da yüksək önəm verdiyini bildirir. Guya S. Sarkisyanın dövründə “formalaşan qəhrəman erməni əsgərləri” hər gün “ləbləbi-kişmiş” yeyirmişlər. Amma əfsuslar ki, Azərbaycana qarşı son 44 günlük müharibədə bu da onların karına gəlməyib.
Maraqlıdır ki, bu gün artıq erməni saytları erməni başbilənlərinin dünyaya “məğlubedilməz ordu” kimi sırımağa çalışdıqları ordu ilə bağlı bəzi reallıqları etiraf etmək məcburiyyətində qalıblar. Məsələn, erməni saytında yer alan bir məlumata görə, hələ 2017-ci il sentyabr ayında, 6-cı Ermənistan-Diaspora Pan-Erməni Forumu zamanı bildirilib ki, bu gün Ermənistan nə silah yarışında, nə də demoqrafik göstəricilər baxımından Azərbaycanla ayaqlaşa bilmir. Bundan əlavə, ermənilər hərbi xidmətə çağırmağa əsgər tapa bilmirlər. Hətta gülüc görünsə də, son zamanlar Ermənistanda qaçmağa imkanı olmayıb Ermənistanda qalan gənc erməni ailələrinə “doğursa, ancaq oğlan uşağı doğmağı məsləhət görürmüşlər”.
Bu arada, yeni silahlara gəlincə isə, daha erməni dilənmələri də “kəsərdən düşmüşdü”. Çünki Azərbaycandan fərqli olaraq, ermənilər üçün ancaq rusların “qiyməti aşağı salınmış mallar mağazası” fəaliyyət göstərirdi. Xaricdəki, erməni diasporunun göndərdiyi ianələrini isə, erməni səlahiyyətliləri öz aralarında yebəyer edirdilər. Bəs, belə olan halda nə etməli? Yəni, erməni ordusu Azərbaycanla demoqrafik tarazlığı təmin edə bilmirsə, deməli, erməni yalanına təkan verilməlidir. Amma etiraf edilməlidir ki, bu dəfə erməni yalanı da keçərli olmadı…
…Deməli, erməni təxəyyülünə görə, onlara qarşı haqsızlıq edildi. Özü də ermənilərin ən yaxın müttəfiqləri olan ruslar tərəfindən. Maraqlıdır ki, elə bu gün ermənilər ruslara özləri üçün haqlı bildikləri bir sualı ünvanlayırlar: …siz niyə Ermənistana kömək etməyə tələsmirsiniz?
…Yerı gəlmişkən, bu ilin sentyabrında ABŞ əsgərləri ilə onların NATO ortaqlarının Əfqanıstandan çıxarılması planlaşdırılır. Verilən məlumata görə, bundan sonra radikal Taliban hərəkatının ölkədə fəallaşacağını ehtimal edilir. Məhz buna görə də, Orta Asiyada Əfqanıstanla sərhəd olan keçmiş Sovet respublikaları sərhədlərini möhkəmləndirirlər. Təbii ki, böyük ehtimalla, Orta Asiyanın hərbi baxımdan ən güclü ölkəsi olan Özbəkistan Taliban hücumunu gözə alaraq qoşunlarını tam döyüş hazırlığına gətirib. Regionun zəif ölkəsi olan Tacikistana isə KTMT köməyə gəlib. Belə ki, təşkilatın mətbuat katibi Vladimir Zainetdinov ötən gün Tacikistanın tələb edəcəyi təqdirdə KTMT qoşunlarının Əfqanıstanla sərhədə yerləşdirib Düşənbəyə kömək etməyə hazır olduqlarını bildirib.
…Təbii ki, ermənilər üçün “haqq və ya nahaqq” məhfumu yoxdur deyə, bu, onlara yaman yer eləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB