Koçaryan qorxur, həm də qorxudur... - Yaxud İl yarımdan sonra nə baş verəcək?
Ermənistanın II prezidenti, "Qarabağ klanı"nın "xaç atası Robert Koçaryan seçkilərdə gözlənilən məğlubiyyətdən sonra rəqiblərinə qarşı yeni anti-təbliğat kampaniyası aparmağa başlayıb. SİA erməni mətbuatında dərc olunan məqalələrə istinadən xəbər verir ki, keçmiş prezident məğlubiyyətini heç cür qəbul etmək fikrində olmadığını açıq-aşkar bildirir.
“İyunun 20-də keçirilən növbədənkənar seçkilər böhrandan çıxış yolu tapmaq üçün keçirildi. Ermənistanda böhran müharibədəki məğlubiyyət, insan itkiləri nəticəsində yarandı və seçkilər bunu həll edə bilmədi. Çünki böhran bu komanda hakimiyyətdə olduğu zaman yarandı. Seçkilər qarşıya qoyulan hədəfi həll etmədi və böhranın səbəbi aradan qaldırılmadı. Bu da o deməkdir ki, niyə məğlub olduq, niyə beş min nəfər öldü, Şuşa və Hadrut necə itirildi suallarına cavab almayacağıq və 5 milyardlıq razılaşmaya dair şübhələr heç yerə getməyəcək”, - deyə Koçaryan bildirib.
"Hayastan" ("Ermənistan" - red.) blokunun rəhbəri əlavə edib ki, Paşinyanın rəhbərlik etdiyi hakimiyyətlə hər hansı münasibətin qurulması istisnadır: “Mənim proqnozlarıma görə, yeni seçkilərinm keçirilməsi tələbi il yarımdan sonra yaranacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB