Moskvada İkinci Dünya müharibəsi iştirakçısı və onun həyat yoldaşı evində ölü tapılıb

Moskvada İkinci Dünya müharibəsi iştirakçısı və onun həyat yoldaşı evində ölü tapılıb

Böyük Vətən Müharibəsi veteranı, uzun müddət “KQB”də xidmət etmiş 94 yaşlı Vasili Petroviç və 89 yaşlı həyat yoldaşı Svetlana Semyonovnanın Moskvada yaşadıqları ünvanda meyitləri tapılıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar çoxmərtəbəli binanın ən üst mərtəbəsində son günlər müşahidə edilən isti hava şəraitindən dünyalarını dəyişiblər.

Məlumata görə, təqaüdçülər ölümdən bir az əvvəl qohumlarına dözülməz istilərlə bağlı şikayətləniblər.

İyunun 26-da cütlüyün qəfildən halı pisləşib. Onlardan biri özündə güc toplayaraq şəhər telefonu ilə təcili yardım çağırmağı bacarıb. Lakin həkimlər mənzilə daxil ola bilməyiblər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qapını sındırmaq məcburiyyətində qalıb. Mənzilə daxil olanda təqaüdçülərin meyitləri ilə rastlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə