Rusiyada baş vermiş avtomobil qəzası nəticəsində 2 nəfər həlak olub

Rusiyada baş vermiş avtomobil qəzası nəticəsində 2 nəfər həlak olub

Rusiyanın Stavropol diyarında ağır yol qəzası baş verib.

SİA "Stavropol" regional dövlət televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Hadisə axşam saatlarında Koçubey - Zelenokumsk - Mineralnıe Vodı avtomagistralında baş verib.

"Hyundai Santafe" markalı maşınla "VAZ" markalı avtomobil toqquşub. “VAZ”ın sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 2 sərnişin və digər avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com