Güclü külək və yağış Çexiyada 30 min insanı işıqsız qoyub

Güclü külək və yağış Çexiyada 30 min insanı işıqsız qoyub

Güclü küləklə müşayiət olunan leysan yağışları Çexiyanın qərb hissəsində çaylarda suyun səviyyəsinin artması, dəmir yolunun 20 məntəqəsində qatarların hərəkətinin dayanması və Plzen diyarında 30 min ailənin elektrik enerjisiz qalmasına səbəb olub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çex televiziyası xəbər verib.

Bildirilir ki, çaylarda suyun səviyyəsi Praqa şəhərində, Mərkəzi Çexiya və Plzen diyarlarında artıb.

Məlumata əsasən, Praqada və Mərkəzi Çexiya diyarında birinci səviyyəli (mövcud 3 səviyyədən ən zəifi), Plzen diyarında isə ikinci səviyyəli daşqın təhlükəsi elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə