ÜST-nin Avropa Bürosunun rəhbəri peyvənd olundu KORONAVİRUSA QARŞI

ÜST-nin Avropa Bürosunun rəhbəri peyvənd olundu KORONAVİRUSA QARŞI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun Direktoru Hans Kluqe, koronavirusa qarşı peyvənd olunub və digərlərini də ondan nümunə götürməyə çağırıb. SİA xəbər verir ki, bu cağırışı Hans Kluqe Twitter-də yazıb.

"ÜST-nin Avropa Bölgəsində COVID-19-un ilk yoluxma hadisələrindən beş yüz iyirmi iki gün keçib və indi mən bölgəmizdə peyvənd olunmuş 202 milyondan biriyəm. Mən alimlərə və tibb işçilərinə, əməkdaşlarına minnətdaram", deyə Kluqe Twitter-də bildirib.

Xatırladaq ki, bir qədər əvvəl, Avropa Komissiyasının rəhbəri Ursula von der Layen, Brüssel İqtisadi Forumunda çıxış edərkən, Avropa Birliyinin yetkin əhalisinin təxminən 41% -nin koronavirus əleyhinə tam peyvənd olunduğunu söyləyib. Von der Layen, bunun 60% -dan çoxunun ən azı bir doza peyvənd aldığını söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə