2012-ci ildə Afina Milli Rəsm Qalereyasından oğurlanan Pablo Pikasso əsəri illər sonra tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Afinanın yaxınlığındakı Keratea bölgəsindəki vadi yatağında Pikassonun "Qadın Başı" və hollandiyalı sənətçi Piet Mondrianın "Stammer Windmill" tablosunu tapmaq üçün əməliyyat işləri həyata keçirilib.
Əməliyyat zamanı bu iki əsərin paket şəklində tapıldığı və hadisə ilə əlaqədar 49 yaşlı şəxs saxlanılıb və dindirilmə zamanı oğurluq cinayətini etiraf edib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB