Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar 17-ci Beynəlxalq İpəkyolu İlin Altun Adamları mükafat mərasimində "İlin Dövlət Xadimi" mükafatına layiq görülüb. SİA xəbər verir ki, Prezident Adminstarsiyasından verilən açıqlamaya görə, tədbirdə Türk dünyasının tanınmış adamları və 10-dan artıq ölkədən qonaqlar iştirak edib.
Mərasim zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.
Mərasimə göndərdiyi məktubda Ersin Tatar Kipr danışıqları çərçivəsində davam edən sıx diplomatiya və xarici səfərlər səbəbiylə mükafat gecəsinə qatıla bilmədiyinə görə təəssüfləndiyini dilə gətirib və "Dövlət xadimi" adına layiq görülməsindən məmnun olduğunu bildirib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB