“Bizim ən böyük problemlərimiz saxta tariximizdir. Ancaq erməni qardaşlarım bilməlidirlər ki, bu saxta tarixi biz yazmamışıq. Onu bizim üçün yazıblar. O məqsədlə ki, bizi idarə eləsinlər. Bu da ondan ötəridir ki, hər dəfə qonşularla sülh haqda düşünəndə kitabxana zirzəmilərindən bunu çıxarıb desinlər: baxın, sizə onlarla dostluq etmək olmaz, onlar həmişə sizin düşmənləriniz olub və olacaqlar”...
Deyim ki, bu fikirlər erməni mənşəli rusiyalı tarixçi Filip Ekozyants məxsusdur. O, bu fikirlərini bir müddət bundan əvvəl video-müraciət şəklində də ermənilərə çatdırmışdı. Amma kimə deyəsən...
Beləliklə, 44 günlük məlum biabırçı məğlubiyyətdən sonra ayaqlar altına düşüb qalmış erməni dəbilqəsinin altında gizlənib indi ehtiyatla başını çıxarıb, utanmadan Azərbaycana “xox” gəlməyə cəhd edən Aram Torqomyan adlı bir erməni polkovniki peyda olub. Bəli, hələlik ara sakitdir deyə, özündən “erməni fədaisi” yaratmağa çalışır. Deyir ki, artıq vaxtdır, bütün hərbi tör-töküntüləri birləşdirmək lazımdır. Erməni ordusunun polis birliyini də qeydiyyata almaq lazımdır. Bu qeydiyyatdan sonra çox güman ki, hərbi kafedranın rəhbərliyi ilə görüşüb əlavə təlimatlar almalıyıq.
Torqomyanın dediyinə görə, bu gün təxminən 7 qeyri-hökumət təşkilatı da onlara qatılıb. Yəni artıq silahlanıb sərhədlərin müdafiəsinə qalxmağa hazırdırlar.
...Belə görünür ki, Torqomyan elə-belə erməni polkovniklərinə oxşamır. Çünki bu gün Ermənistanın “suveren ərazisindəki düşmənin mövcudluğuna” dözən erməni səlahiyyətlilərini tənqid etmək hər erməninin işi deyil. Qeyd edilməlidir ki, erməni polkovnikində olan “cəsarətə” adam lap “heyran qalır”.
Belə ki, o, hakimiyyətdə olduğu ərəfədə ermənilər üçün nələr etdiyini sual kimi qorxub-eləmədən Nikol Paşinyana ünvanlayır. Deyir, o vaxt dünyanın bütün erməni diasporları Nikola pul-para göndərdi. Nikol isə pulları mənimsəyərək, müharibəni uda bilmədi. Sonra deyir ki, Nikoldan fərqli olaraq, biz bu müharibəni uduzmamışıq, hələ baxın, yaxınlarda qalib gələcəyik, yəni azərbaycanlılara qarşı başqa bir müharibəmiz olacaq. Ona görə, dünya erməniləri hamısı hazır olmalıdır – bizi qarşıda yeni bir Sardarapat gözləyir.
...Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər: Sardarapat dəmir yolu stansiyasıdır. Belə ki, adətinə sadiq tulalıq edib sahibləri tərəfindən silahlandırılan ermənilər 1918-ci il mayın 21-28-i arası Sardarapatda türklərə qarşı təxribat xarakterli döyüş təşkil etmişdilər. Təbii ki, həmin ərəfədə türklər də Əmir Teymur kimi, erməniləri sonadək qırıb tarixə “qara ləkə kimi” düşmək istəmədilər. Məncə, indi ermənilərin həmin döyüşdə “məğlub olmadıqlarını” deyib öyünmələri çox gülünc görünür.
...Nə isə, indi də qayıdaq, dünənədək ermənilərə rusların hədiyyəsi olan dəbilqə altında gizlənib indi oradan başını çıxarıb özünü öyən erməni polkovniki Torqomyan üstünə...
İnanın ki, adam “sıravi” bir polkovnikdəki “şücaətə” yenidən heyran qalmaya bilmir. Torqomyan Paşinyna lap açıq deyir ki, 7 min “qəhrəman erməni oğullarını” qurban verdin. Qədim “erməni şəhəri olan” güclü Şuşa qalasını, Hadrutu, Matagisi,Talışı “təslim etdin” və məhz bütün bunlara görə, səni də Rumuniyz hökmdarı Çauşeskunin aqibəti gözləyir. Torqomyan, daha sonra lap “qorxub-eləmədən” deyir ki, mən Köçəryanın tərəfindəyəm, onunla birləşib iki eşalon olacağıq və “təslim etdiyin” bütün torpaqları geri alacağıq. Bunun üçün biz dünya ermənilərinə üz tuturuq, harada yaşamağınızdan asılı olmayaraq həmin ölkədə erməni alayları yaradın. Müasir silahlarla silahlanın. Çünki biz türklə əl sıxmağa heç vaxt razı olmamalıyıq. İndi onlarla müqavilə imzalasaq, deməli hər şeyi itirəcəyik.
...Biz yazının əvvəlində, erməni tarixçi Filip Ekozyantsdan öz xalqı ilə bağlı sitat gətirmişdik. Ancaq istisna deyil ki, bu gün ermənilər arasında Ekozyants kimilərin fikirlərini eşidənlər yox dərəcəsindədir. Məhz buna görə də, bu gün bəzilərinin yaxınlarda ermənilərin özlərinin bir nömrəli düşməninin tanıyıb, “a qadan alım, rus ayısı"nın xidmətindən imtina edəcəyi barədə dedikləri elə də inandırıcı görünmür.
Bir daha xatırlatmaq istərdim: belə görünür ki, vaxtilə Əmir Teymurun, daha sonra türklərin Sardarapat dəmir yolu ərazisində həyata keçirmədiklərini, deyəsən, ermənilər özləri həyata keçirəcəklər. Yəni, belə getsə, tezliklə nə Ermənistan adlında dövlət, nə də erməni adında xalq qalacaq...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB