Krım 1954-cü ildə Ukraynaya niyə verildi? - Kravçuk əsl səbəbi açıqladı

Krım 1954-cü ildə Ukraynaya niyə verildi? - Kravçuk əsl səbəbi açıqladı

Bu gün Krımın hansı ölkəyə - Rusiyaya, yoxsa Ukraynaya aid olması barədə haçalanan fikirlər ölkələri də iki yerə bölüb. SİA Rusiya mətbuatında dərc olunanbir məqaləni dəyərli oxucularının diqqətinə çatdırır.

Burada bizim mövqeyimiz Krımın konkret hansı ölkəyə aid olmasını net şəkildə söyləmək yox, sadəcə variantlardan birini, həm də tarixdə baş verən hadisənin səbəblərinin keçmiş prezidentin - Ukraynanın ilk dövlət başçısı Leonid Kravçukun dilindən söyləndiyinə diqqəti yönəltməkdir.

Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk SSRİ-nin Krımı Rusiyadan alıb Ukraynanın tərkibinə verilməsini və 1954-cü ildə baş verən bu hadisənin səbəblərini "Şayiələr var" verilişində belə izah edib: "Krım yarımadasının Ukraynanın tərkibinə verilməsi barədə qərar Nikita Xruşşovun Krıma gəlişindən sonra qətiləşdi. Baş katib şəxsən yarımadadakı rusların burada "çətin şərtlər" altında yaşamasını və onların öz xahişləri ilə buradan köçürülməsini səbəb göstərərək bu addımın vacibliyini söylədi. Sonra Sov.İKP Mərkəzi Komitəsi Krımın Ukrayna SSR-ə verilməsinə qərar verdi. Lakin Kiyevdə bu qərara etiraz edildi".

Kravçuk bildirib ki, Ukraynanın səlahiyyətliləri yarımadanın ölkələrinin bir hissəsi olmasını istəməyiblər. Ancaq Xruşşov buna israr edib. Çünki yarımadada vəziyyət o qədər acınacaqlı, sosial problemlər o qədər çox idi ki, vaxtilə bura Rusiyanın Qaratorpaq zonalarından köçürülən ruslar buna haqlı olaraq etiraz edirdilər: "Bəs Ukrayna niyə etiraz edirdi? Çünki səlahiyyətlilər onları hansı çətin günlərin gözlədiyini bilirdilər. Məsələ yalnız bir az zəngin ərazini götürmək deyil, burada yaşayan insanların problemlərini həll etmək lazım idi. Söhbət ondan gedir ki, əhali buradakı sonu bilinməyən problemdən qaçmaq istəyirdi, amma SSRİ rəhbərliyi buna qəti etiraz edirdi. Belə olan halda çıxış yolunu yarımadanın Ukraynaya verilməsi qərara alınsa da, respublika rəhbərliyi bu qərarla razılaşmaq istəmirdi. Bir sözlə Ukrayna başıbəlalı Krımdan imtina edirdi. Xruşşov isə...”.

Keçmiş prezident bilririb ki, çətinliklərə baxmayaraq yarımada Ukraynaya verildikdən sonra orada həyat qaynamağa başladı və krımlıların həyatı daha rahat və daha yaxşı hala gətirildi. Lakin 2014-cü ildə yarımadanın sakinləri Kiyevdəki çevrilişə son dərəcə mənfi reaksiya göstərdilər və referendum keçirdilər. Eyni zamanda, vətəndaşların 96%-i Rusiya ilə birləşməyə səs verdi. 2014-cü ilin mart ayında Krım Respublikasının və Sevastopolun Rusiya Federasiyasına qəbulu haqqında razılaşma təsdiq edildi. Qərb və Kiyev isə Krımın Rusiyaya birləşməsi ilə hələ də barışmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə