Türkiyənin SİHA-larına yeni namizədlər! FOTOLAR

Türkiyənin SİHA-larına yeni namizədlər! FOTOLAR

Son xəbərlərə görə, Polşadan sonra Türkiyə istehsalı olan Silahlı Pilotsuz Uçan Aparatları (SİHA) ordusunun istifadəsinə verməyə hazırlaşan ölkələr sırasına biri də əlavə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın əksər ölkələri son texnoloji inkişaf nümunəsi olan SİHA-lara sahib olmaq üçün sanki bir-biri ilə yarışırlar.

Xəbərlərdə deyilir ki, Türkiyədə istehsal olunan və qiymətdə ucuz bu texnoloji yenilik Suriyada, Liviyada və nəhayət Azərbaycanda ğurla sınaqdan çıxarılmışdır. İllər uzunu müharibənin gedişini dəyişən, ölkələrə qələbə qazandıran zirehli maşınlar məhz SİHA-ların meydana girməsi ilə bir anın içində tarixin arxivinə atıldılar.

Qeyd edək ki, NATO ölkələrinin Türkiyə istehsalı olan SİHA-lara marağı artıb. 1984-cü ildə qurulan "Bayraktar"ın müştəriləri arasında Qətər və Ukrayna ordusunu bu silahlarla təchiz edib. NATO üzvü Polşa isə keçən ay TB2 almaq istədiyini bildirib və digər NATO üzvlərinin də müştəri qismində dürkiyə şirkəti ilə danışıqlar apardıqları bəlli olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə