ABŞ prezidenti Co Bayden deyir ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər sabit və proqnozlaşdırılan olmalıdır. SİA xəbər verir ki, bu sözləri Amerika prezidenti Demokratik Milli Komitənin bir tədbirində söyləyib.
"Rusiya prezidenti Vladimir Putinə açıq şəkildə bildirdim ki, ortaq maraqlarımız olduğu yerdə nüvə silahının yayılmaması və iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq edə bilməliyik", deyə Co Bayden tədbirdə bildirib.
Çıxışın stenoqramı Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
İki ölkə arasındakı fikir ayrılığından danışan Bayden, kiberhücumlar və Amerika iqtisadiyyatına "müdaxilə" halında qisas alacağına söz verib. O, sələfi Donald Trampı da ABŞ-ın müttəfiqləri ilə münasibətlərinə "təsəvvür olunmayan zərər" verməkdə günahlandırıb. Bununla belə, hansı zərərdən bəhs etdiyini açıqlamayıb.
Xatırladaq ki, Rusiya-ABŞ sammiti 16 iyunda Cenevrədə baş tutub. Xarici İşlər Naziri Sergey Lavrov bazar ertəsi günü "Kommersant" qəzetində və "Rusiya Qlobal Siyasətdə" jurnalında yayımlanan məqaləsində, Putin və Bayden görüşündən sonra Vaşinqtondan gələn açıqlamaların Amerika tərəfinin tutduğu mövqeyə uyğun olmadığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB