Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında Antalyada görüş keçiriləcək

Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında Antalyada görüş keçiriləcək

İyunun 30-da Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

SİA Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 30-da S.Lavrov türkiyəli həmkarı ilə danışıqlar aparmaq üçün Antalyaya səfər edəcək.

Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini, eləcə də gündəmdə duran aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Anatalyadakı görüşdə Lavrov və Çavuşoğlu Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Ukrayna, Şərqi Aralıq dənizi və Qara dəniz regionundakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə