İngiltərənin paytaxtı Londonda metro stansiyası yaxınlığında naməlum səbəbdən meydana gələn partlayış nəticəsində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhərin cənubundakı Fil və Qala bölgəsindəki yeraltı stansiya yaxınlığında baş verən partlayışdan sonra yanğın çıxıb. Yanğını söndürmək üçün bölgəyə 15 yanğınsöndürən maşın və 100-ə yaxın yanğınsöndürən göndərildiyi bildirilib.
Qeyd edək ki, Southvark Polis İdarəsinin sosial media hesabında edilən yazıda hadisənin terrorla əlaqəli olduğu düşünülmədiyi ifadə edilib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB