AB-nin Belorusdakı səfiri XİN-ə çağırıldı AVROPA SANKSİYALARI SƏBƏBİLƏ

AB-nin Belorusdakı səfiri XİN-ə çağırıldı AVROPA SANKSİYALARI SƏBƏBİLƏ

Aİ-nin Belarusdakı nümayəndə heyətinin rəhbəri Dirk Şubel, rəsmi Minskə qarşı Avropa sanksiyalarının tətbiqi ilə əlaqədar olaraq Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, bu barərə bazar ertəsi günü Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada “Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi misilsiz məhdudlaşdırıcı tədbirlər ilə əlaqədar olaraq, AB-nin Belarus Respublikasındakı nümayəndə heyətinin rəhbəri Dirk Şubel Xarici İşlər Nazirliyinə çağrılıb”, deyə qeyd olunur.

"Görüş zamanı Avropa Birliyinin səfirinə Belarusiya tərəfinin sanksiyaların suveren və müstəqil bir dövlətə təzyiq aləti kimi istifadə edilməsinin mütləq qəbuledilməzliyi ilə bağlı qəti mövqeyi bildirilib", deyə açıqlamada vurğulanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə