Covid-19-a yoluxma sayı dünyada azalmağa başlayıb

Covid-19-a yoluxma sayı dünyada azalmağa başlayıb

Yeni növ koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən olan Hindistanda son 24 saat ərzində ölənlərin sayı min nəfərə qədər azalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu statistika Hindistan Səhiyyə Nazirliyi tərəfindən verilib.

Hindistanda Covid-19 göstəricilərinə görə, son 24 saatda 46 min 148 yeni yoluxma aşkarlanıb, 979 nəfər ölüb və 58 min 578 xəstə sağalıb. Müalicə alan xəstələrin sayı 572 min 994-ə düşüb. Sağalma sayının 1 aydan çox çəkdiyi, gündəlik yeni xəstələrin sayının azaldığı məlum olub. Səhiyyə sistemindəki yükün də qismən azaldığını müşahidə etmək olar.

Hindistan Səhiyyə Nazirliyindən verilən açıqlamada, 16 yanvardan başlayan peyvənd kampaniyasında bu günə qədər 323 milyon 663 min 297 nəfərə vaksin vurulduğu deyilib. Təxminən 1,4 milyard əhalisi olan bir ölkədə peyvənd hələ pandemiyanı dayandıracaq səviyyəyə çatmamışdır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə