ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evdən ayrıldıqdan sonra ilk mitinqiini keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Tramp bununla 2024-cü ildə keçiriləcək seçkilərdə siyasi arenaya qayıda biləcəyinə işarə edib.
Tramp vurğulayıb ki, Ağ Evi, Senatı və Amerikanı geri alacağıq: “Bunu tezliklə edəcəyik”.
Ohayo ştatının Wellington şəhərində minlərlə insana müraciət edən Tramp məğlubiyyətin səbəbini 2020 Noyabr seçkilərində səslərin sayılmasında saxtakarlıq olduğu iddia edib.
Xatırladaq ki, Tramp 2016-cı ildə keçmiş dövlət katibi Hillari Klintona qarşı yarışı qazandı,ancaq keçən il yerini demokratların namizədi Co Baydenə itirib.
Tramp müraciəti zamanı Baydenin siyasətini də sərt şəkildə tənqid edib. Varisini Çinə "təslim olmaq"da günahlandırıb və dünya səviyyəsində performansının "utanc verici" olduğunu söyləyib: “Ölkəmizə milyonlarla insan gəlir və əksər insanlar Co Baydeni günahlanırır”.
Tramp namizəd olub-olmayacağı ilə bağlı açıq bir açıqlama verməyib.
Qeyd edək ki, Trampın 30 iyun tarixində Texasda və 3 iyulda isə Florida ştatında keçiriləcək iki mitinqə qatılması gözlənilir.
Reuters xəbər agentliyi bu barədə, məhkəmə qərarının Trampın yenidən Ağ Ev üçün rəqabət etməsinə təsir edəcəyini yazdı. New York Times qəzetinin yazdığına görə, “Manhattan Regional Commerce” Trampın ailə biznesinə qarşı qanuni əməliyyat görüb-görməyəcəyi barədə düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB