Ermənilərin “Arka am” saytı xəbər verir ki, ermənilərin baş naziri Nikol Paşinyan son hökumət iclasında, Ermənistanda iş yerlərinin və burada çalışan işçilərin maaşlarının xeyli artması ilə öyünüb.
Beləliklə, ilk olaraq hesabat verən Ermənistan dövlət gəlirləri komitəsinin rəhbəri Edvard Ovannisyan iclas zamanı 2021-ci ilin may ayına qədər ölkədə yeni açılan iş yerləri hesabına təxminən 635 min nəfərin işlə təmin edildiyini bildirib. O, bu iş yerlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çox olduğunu da diqqıətə çatdırıb. Ovannisyanın dediyindən belə məlum olur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 8,5 min çoxdur.
İçlasdakı çıxışı zamanı ötən ilin sentyabr ayını iş baxımından ən aktiv ay kimi dəyərləndirən Paşinyan isə bu ilin sentyabrında ötənilki sentyabr göstəricini adlayacaqlarına söz verib.
Təbii ki, Paşinyanın dediklərinə ermənilərin, daha çox da Nikolu sevməyən ermənilərin reaksiyası elə də özünü çox gözlətməyib.
Məsələn, Nikolun əsas nailiyyətlərə ölkədə kölgə dövriyyəsini azaltmaqla nail ola bildiyinə irad bildirənlər maraq edib ondan kölgədən çıxan iş amilinin hakimiyyətə ictimai rəğbət səviyyəsini necə artıra biləcəyini başa düşmədiklərini soruşurlar. Onların iddisına görə, artıq dördüncü ildir ki, ölkədə iş sayının göstəricisinin artırdığını sadalayan Paşinyan israrla xalqın alqışlarını qazanmağa çalışır.
Nikol əleyhdarları bildirirlər ki, iş yerlərinin kölgədən çıxması əmək bazarındakı vəziyyət, vətəndaşların məşğulluq səviyyəsi, işsizlik və ölkədəki ümumi sosial vəziyyətlə heç bir əlaqəsi yoxdur. Yəni bu məşğulluq sahəsindəki kölgə əleyhinə addımların effektivliyinin göstəricisidir.
“Aydındır ki, əmək bazarının həqiqi mənzərəsini əldə etmək üçün, necə deyərlər, buğdanı samandan ayırmaq lazımdır. Ancaq hökumət belə bir ibtidai vəzifəni belə həll edə bilməyib deyə, hələ də “vurnuxur”. Əslində isə buna reallıq da demək olar, çünki indiyə qədər yeni yaradılmış iş yerlərinin sayı barədə heç vaxt məlumat verilməyib”.
Bunu da Nikol sevməyənlər bildirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB