Avqustun 3-də İran Prezidenti Həsən Ruhanin səlahiyyət müddəti başa çatacaq və yeni seçilmiş Prezident İbrahim Rəisi vəzifəsinin icrasına başlayacaq.
SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İran İslam Şurası Məclisinin (parlamentin) sədr müavini Əli Nikzad deyib.
O bildirib ki, yeni prezidentin andiçmə mərasimi də avqustun 3-də keçiriləcək. Mərasimdə yerli və xarici qonaqlar iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər də görüləcək.
Qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB