Britaniyaya məxsus dəniz sularında, Terks və Kaykos ərazisində, Vest-İndiyada içərisində 20 cəsəd olan qayıq tapılıb. SİA xəbər verir ki, bu barədə yerli qəzet olan “Turks and Caicos Sun” yazır.
Qeyd edilir ki, bu qayığı ilk dəfə 24 iyun tarixində Qrand-Terk adası sahillərində bir balıqçı görüb və polisə xəbər verib.
Tapılan cəsədlər artıq parçalanma, dağılma prosesində olub. Polisin sözçüsü Takara Bine, ölümlərin səbəblərinin hələ aydın olmadığını, göründüyü kimi, ölümün də şiddət səbəbindən olmadığını söyləyib.
Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qurbanların şəxsiyyətini və onların ölüm səbəbini müəyyənləşdirməyə çalışırlar.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB