Rusiya ilə partiyalararası əməkdaşlığı nümunəvi adlandırır ÇİN KOMMUNİST PARTİYASI

Rusiya ilə partiyalararası əməkdaşlığı nümunəvi adlandırır ÇİN KOMMUNİST PARTİYASI

Çin ilə Rusiya arasındakı partiyalararası iş birliyi bir model, bir nümunədir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Qo Eçjo Çin Xalq Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş konfrans zamanı söyləyib.

"Siyasi partiyalar arasındakı təmaslar Çin ilə Rusiya arasındakı ikitərəfli əlaqələrin vacib bir hissəsidir. Müxtəlif formatlarda əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyətlidir. Rusiya ilə Çin arasındakı partiyalararası əməkdaşlığın genişliyi, təmasların yüksək səviyyəsi, dialoqun praktik məzmunu və strateji əməkdaşlıq ilə xarakterizə olunur", deyə Qo Eçjo bildirib.

O əlavə edib ki, hazırda iki ölkənin siyasi partiyaları Rusiya Federasiyası və ÇXR liderlərinin əldə etdikləri konsensusu fəal şəkildə tətbiq edir, dövlətin siyasi idarəsi ilə bağlı təcrübə mübadiləsi aparır və ümumi maraq kəsb edən məsələlər üzrə ən vacib məsələlər barədə fikir mübadiləsi aparır.

Qo Eçjo partiyalararası əməkdaşlığın müxtəlif sahələr üzrə praktik olaraq Rusiya-Çin əlaqələrinin inkişafına güclü töhfə verdiyini vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə