Silahlı hücum zamanı 6 nəfər ölüb MALİDƏ

Silahlı hücum zamanı 6 nəfər ölüb MALİDƏ

Malinin mərkəzində silahlı hücum zamanı 6 nəfər ölüb, 13 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli RFİ radiostansiyası məlumat yayıb.

Radio stansiyasına görə, silahlı şəxslər bazar günü Duenza yaşayış məntəqəsi yaxınlığında bir ictimai nəqliyyat vasitəsinə hücum ediblər. Qeyd olunur ki, beş nəfər zərərçəkən ağır xəsarət alıb.

Radio stansiyası hücumun cihadçılar tərəfindən edildiyi iddia edir. Mali ordusu, əhalinin təhlükəsizliyini təmin etmək üçün hadisə yerinə qüvvələr göndərildiyini bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə