Belarusun Luninetsk rayonunda ölkənin Fövqəladə Hallar Nazirliyinin helikopteri qəza enişi edib.
SİA-nın "Belta"ya istinadən verdiyi məlumatına görə, bu barədə Nazirlikdən bildirilib.
Məlumatda deyilir: "Bu gün (iyunun 27-də) saat 14:25-də Luninetsk rayonunun Çerebasovo kəndi yaxınlığındakı meşələrin hava patrulu zamanı Belarus Fövqəladə Hallar Nazirliyinin "Mi-2" helikopteri qəza enişi edib. Təyyarənin komandiri və pilot-müşahidəçi helikopteri tərk ediblər. İlkin məlumata görə, onlar xəsarət almayıblar, lakin həkimlər tərəfindən müayinə ediləcəklər".
Qəzanın səbəbi xüsusi komissiya tərəfindən araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB