Rusiyada koronavirus tüğyan edir. Belə ki, verilən məlumata görə, şimal qonşumuzda təkcə bu gün ölkənin 85 bölgəsində 20538 koronavirus hadisəsi aşkar edilib. Qeyd edək ki, bu hələ günün yarısında elə də dəqiq olmayan məlumatdır.
Beləliklə, xəbər verilir ki, gün ərzində koronavirusa yoluxanların 14,4 faizində bu xəstəliyin klinik təzahürləri belə olmayıb.
Qeyd edək ki, rusların məlumatına görə, Rusiyada son 24 saat ərzində 12 728 nəfər tam sağalsa da, 599 nəfər ölüb.
Verilən başqa bir məlumatda koronavirusa yoluxanların çoxu Moskvada qeydə alınıb - 6723 nəfər. İnfeksiyaya yoluxanların sayı Moskva bölgəsində 2608, Sankt-Peterburqda isə 1298 nəfər göstərilir.
Onu da bildirək ki, pandemiyanın başlanğıcından bəri Rusiyada 5.4 milyondan çox koronavirusa yoluxmuş insan qeydə alınıab ki, onların da 133.2 mindən çoxu ölüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB