“Altı ay müddətinə Türkiyənin son istehlak mallarının idxalına qoyulan qadağa daha əvvəl atılan addımların məntiqi davamı idi. Biz bu gün də israrlıyıq, yəni bundan sonra da türk məhsullarının Ermənistana idxalını tamamilə qadağan etməyə çalışacağıq”. Bu fikirləri erməni saytlarına danışan Ermənistanın iqtisadiyyat nazirinin müavini Varos Simonyan bildirib.
Onun sözlərinə görə, bəzi erməni iş adamları hətta türk mallarına qarşı tətbiq ediləcək qadağanın qüvvəyə minməsini gözləmədən türk məhsullarının idxalını dayandırıblar.
...İnanın, adam lap kövrəlmək istəyir. Ac qalaram, amma heç kimə "əyilmərəm". Bax, budur erməni "vətənpərvərliyi", "təəssüfkeşliyi".
Belə görünür ki, ermənilər qərarlarında sona qədər israrlı olub, türk mallarına qoyduqları qadağaları az da olsa yumşaltmasalar, deməli, Türkiyə iqtisadiyyatını sonu çatmaqdadır.
Qeyd edək ki, erməni rəsmisinin etirafına görə, bu gün Türkiyədən idxalın ümumi həcmi 22 milyon dram təşkil edir ki, bunlar da toxuculuq, dəri, tikinti materialları və erməni iqtisadiyyatında istifadə olunan digər xammallardır.
Əslində, nazir müavini nədənsə bir şeyi, Türkiyədən Ermənistana gətirilən malların dövlət səviyyəsində deyil, qonşu ölkədə fəaliyyət göstərən ayrı-ayrı şirkətlər tərəfindən gətirildiyini demək istəmir. Bir də, qeyd edilməlidir ki, Türkiyədən ermənilərə göndərilən malların əksəriyyətini istehsal edən şirkət rəhbərinin erməni əsilli türk iş adamı olduğu heç bir şübhə doğurmur. Deməli, “məğrur ermənilər” belə bir addım atmaqla Türkiyədəki erməni qardaşlarını da qazancsız qoymuş olurlar.
...Bir də 1 erməni dramının 0.0034 Azərbaycan manatına bərabər olduğunu nəzərə alsaq, deməli, ermənilərin 22 milyon dramına Türkiyədə ancaq “üç badam və bir qoz” almaq qənaətinə gələ bilərik.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB