Hava şarı New Mexico ştatının Albukerke şəhərində yüksək gərginlikli bir xəttə keçib və qəza nəticəsində ən azı dörd nəfər ölüb, bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb, Twitter-də də bu barədə qeyd edib.
KRQUE kanalının verdiyi məlumata görə, qəza şənbə günü yerli vaxtla təxminən 07.00-da baş verib və qəza səbəbilə 13 mindən çox istehlakçı abonent işıqsız qalıb.
"Polis zabitləri havada şarın qəzaya uğramasına reaksiya göstəriblər. Onun bir elektrik xəttinə dəydiyi bildirilir. Hava balonunun qəzası səbəbi ilə ərazidə elektrik enerjisi kəsilib. Təəssüf ki, qəzada aldığı xəsarətlərdən dörd nəfər ölüb. Bir şəxs isə yerli sakinlər tərəfindən xəstəxanaya aparılıb və hal-hazırda kritik, qeyri-sabit vəziyyətdədir", deyə Albukerke polisi Twitter-də yazıb.
Polis və yanğınsöndürənlər dərhal hadisə yerində olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB