ABŞ Milli Kəşfiyyat Müdirliyi UFO olaraq da bilinən naməlum obyektlər ilə bağlı hesabatını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, hesabatda 2004-2021-ci illər arasında müşahidə olunan hava hadisələri araşdırılıb. ABŞ-ın UFO hesabatında bildirilir ki, hərbi pilotların gördükləri sirli uçan cisimlərin təbiətini təyin etmək üçün kifayət qədər məlumat yoxdur.
Məruzədə bəhs olunan hadisələrə inkişaf etmiş texnologiyaların, atmosfer obyektlərinin və ya yerdən kənar hadisələrin səbəb olmadığı bildirilib. Hesabatda bildirilir ki, ABŞ-da 144 naməlum obyekt görülüb, bunların 80-nin birdən çox sensor vasitəsilə izlənildiyi qeyd edilib. ABŞ ordusuna məxsus təlim sahələri yaxınlığında ümumiyyətlə naməlum obyektlərin müşahidə olunduğundan bəhs olunub. Xatırladaq ki, bu bölgələrdə həddindən artıq radar və sensor var.
Hesabatda, uçuş qaydaları baxımından araşdırılan 21 naməlum obyektdən 18-nin qeyri-adi uçuş və hərəkət xüsusiyyətləri göstərdiyi vurğulanıb. Bu cisimlərin bəzilərinin havada asıldığı, bəzilərinin küləyə qarşı uçduğu, bəzilərinin isə çox sürətli bir şəkildə sürətləndiyi və çox yavaşladığı müəyyən edilmişdir. Məruzədə məlum olmayan hava hadisələri üçün vahid bir izahatın olmadığı deyilir. Bunların havada qalan bir qalıq ola biləcəyi və ya atmosfer şəraitindən qaynaqlana biləcəyi ifadə edilib. Digər tərəfdən, bunun xarici bir gücə aid bir testin bir hissəsi ola biləcəyi qeyd edilib.
Qeyd edək ki, hesabatda ifadə olunub: "Bu bilinməyən hava hadisələri ABŞ təşkilatları tərəfindən hazırlanmış gizli proqramlar da ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB