"Biz ermənilərin, əlvida Qarabağ, deməyimizə az qalır"

"Biz ermənilərin, əlvida Qarabağ, deməyimizə az qalır"

Ermənilərdə bir Artak Zakaryan var. Vaxtilə çox yerlərə “diş atıb”. Ən böyük “uğuru” Qarabağda saxta müdafiə ordusunun saxta müavinliyi olub. Yarıtmadığına görə, işindən də olub, yəni qovulub. İndi də erməni müxalifətinə keçib, ermənilərin gələcəyi ilə bağlı proqnozlar verir. İnsafla desək, proqnozlarından hələ ki, düz çıxmayanları olsa da, amma düz çıxma ehtimalı olanlarını da ehtimal etmək olar.

Məsələn, Zakaryan deyir ki, bu gün biz ermənilərin təhlükəsizliyindən danışmaq, ümumiyyətlə, yersizdir. Yəni belə bir şey yoxdur. Onun fikrincə, bu gün ermənilərin təhlükəsizliyi Ermənistana bağlı bir şey deyil. Əslində bu o deməkdir ki, Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası Ermənistanın təhlükəsizliyindən heç nə qalmayacaq şəkildə aparılacaq. Ona görə də, ermənilərin ümidi hazırda danışıqlar apardıqları ruslara qalır. İnanıram ki, Rusiya azərbaycanlıların sərhədlərimizə nüfuz etməməsinin qarantı olmağa razı olacaq. Bu gün Paşinyan və onun ətrafı nəinki özlərini qorumaq, heç müdafiə etmək belə istəmirlər.

Qeyd edək ki, Zakaryan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənədin, Naxçıvan dəhlizinin açılması məsələsini ermənilər üçün ciddi təhlükə sayır. Maraqlıdır ki, o Azərbaycanla Ermənistan arasında imzalanacaq sənədlərin yubanma səbəbini də deyir: Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

Qeyd edək ki, Zakaryan bu məsələnin də məhz Azərbaycanın istədiyi variantda reallaşacağını istista etmir. Onun fikrincə, ermənlər artıq Qarabağa vida edə bilərlər, yəni ermənilər üçün əlvida, Qarabağ...

Yeri gəlmişkən, Zakaryan bəzən verdiyi açıqlamalarında ermənilikdən çıxaraq “dürüst” olmaq “istəyir”. Məsələn, o Ermənistandan fərqli olaraq, Azərbaycanın Avrasiya İqtisadi Birliyində arzulanan bir dövlət olduğunu etiraf edir. Onun fikrincə, qlobal maraqlar birliyin Azərbaycana ehtiyacı olduğunu qəbul edir və əgər bu gün Azərbaycan bu birliyə daxil olarsa, onda Ermənistanın maraqları Azərbaycanın Avrasiya İqtisadi Birliyinə girişi üçün xərcləmə sikkəsinə çevriləcək.

...Və Paşinyan sülh müqaviləsi imzalayacaq. Bunula da Ermənistanın Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin bir hissəsi olmaq hüququ olmayacaq. Yeri gəlmişkən, bu halda təkcə yalnız Qarabağın deyil, həm də Ermənistanın da gələcəyi sual altında olacaq.

Bu da Zakaryanln etirafıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə