ABŞ-dan UFO flaş təsviri! Milli Kəşfiyyat Müdirliyindən gözlənilən hesabat

ABŞ-dan UFO flaş təsviri! Milli Kəşfiyyat Müdirliyindən gözlənilən hesabat

Son vaxtlar UFO-larla bağlı xəbərlər gündəmdədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir tərəfdən ortaya çıxan görüntülər, digər tərəfdən naməlum uçan obyektlərlə bağlı müzakirələr alovlanıb.

Hadisələrin bu sayaq inkişafından sonra ABŞ Milli Kəşfiyyat Agentliyi (UAP) UFO-larla bağlı hesabatını paylaşıb. Məruzədə 2004-2021-ci illər arasında müşahidə olunan görüntülər araşdırılıb. ABŞ hökumətinə bağlı mənbələr vasitəsilə 144 müşahidənin qeydə alındığı hesabatda bunların 80-nin birdən çox sensor vasitəsilə izlənildiyi qeyd edilib.

ABŞ ordusuna məxsus təlim sahələri yaxınlığında naməlum obyektlərin müşahidə olunduğundan bəhs edən hesabatda, bunun bu bölgələrdə həddindən artıq radar və sensorun olması ilə əlaqəli olduğu vurğulanıb.

Məruzədə uçuş qaydaları baxımından araşdırılan 21 naməlum obyektdən 18-nin qeyri-adi uçuş və hərəkət xüsusiyyətləri göstərdiyi deyilib. Bildirilir ki, bu cisimlərin bəziləri havada dayanıb, bəziləri küləyə qarşı uçub, digərləri isə çox sürətlə və çox yavaş uçduqları qeyd edilib.

Bu, ABŞ-ın gizli təcrübələri də olar bilər

Xəbərdə adının açıqlanmasını istəməyən bir mütəxəssis həmin hadisələrin dəqiq izahatının olmadığını vurğulayıb. Bildirib ki, bunların çoxu kosmik raketlərin qalıqları da ola bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə