Ermənilərin gələcəkdə yaxşı yaşaması üçün tarixi bir şansı..?

Ermənilərin gələcəkdə yaxşı yaşaması üçün tarixi bir şansı..?

Ötən gün rus saytlarından birində oxuduğum bir yazıda yazı müəllifi erməni rəhbəri Nikol Paşinyana “böyük inam” verməyi təklif edirdi. Qeyd edim ki, yazı müəllifi Nikol üçün təklif edilən “böyük inam”a əsas da gətirir: müharibəni uduzan birinin seçkidə qalib gəlməsini…Etiraf edilməlidir ki, doğrudan da, bu böyük bacarıqdır. Nə bilmək olar, аmma buna baxmayaraq, görən, Ermənistandakı parlament seçkilərində “sülh partiyasının müharibə partiyasına” qalib gəldiyini indidən söyləmək olarmı?

Yazı müəllifinin ehtimalına görə, bu seçkilərdə Paşinyan partiyasının qələbəsi tarixi bir hadisə kimi qəbul edilməlidir. Çünki bu qələbə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan müharibəsinə son verdi. Ermənilər hərbi məğlubiyyətin acısına baxmayaraq, “sülhə” səs verməyə özlərində güc tapmağa çalışaraq bunu bacardılar. Əslində, buna biz də inanmaq istərdik...

...Belə görünür ki, Paşinyan Azərbaycanla normal münasibətlər qurmaq üçün kart-blanşa sahib ola bilib. Ona görə də o, qarşısında açılan yeni dünyada davamlı dinc yanaşı yaşamağı təmin etməyə çalışmalıdır.

“...Bu gün Ermənistanla Azərbaycanın yaxın gələcəkdə 19-20-ci əsrlərdə üç dəfə bir-biri ilə vuruşan indiki Fransa və Almaniya qədər yaxınlaşa biləcəyini söyləmək hələ ki, çətindir. Çünki siyasi mənada Ermənistan və Azərbaycan bu gün qonşu olmaqdan çox uzaqdırlar”.

Görən bunun müvəqqəti olacağına ümid etmək olarmı?

Hələlik bunu söyləmək tez və çətin olsa da, amma ermənilərin bütün səylərini ölkələrinin iqtisadi və sosial rifahı üzərində cəmləşdirmək imkanına sahib olacağına ümid etmək istərdik. Əslində bu onların özləri üçün də önəm kəsb edir, yəni bu hazırda pis gündə yaşayan ermənilərin iqtisadiyyatına təkan verə bilər.

“...Əlbətdə ki, bu gün heç kim ermənilərin keçmək istədikləri yolun elə də asan olacağını demək istəmir. Ancaq ermənilər bu gün doğrudan da, keçmişə baxmadan irəliləməyə hazırdırsa, onda belə bir yol onlar üçün yeganə yol ola bilər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə