Meksikanın Sakatekas ştatında “Yeni Nəsil Jalisko” və “Sinaloa” narkotik kartelləri arasında silahlı qarşıdurma baş verib.
SİA yerli “La Jornada” nəşrinə istinadən xəbər verir ki, atışma zamanı hər iki qruplaşmadan ümumilikdə 35 nəfər ölüb.
Hadisənin baş verdiyi San Juan Kapistrano kəndi yaxınlığında 2 yanmış pikap avtomobili tapılıb.
Silahlı insidentlə bağlı saxlanılanlar barədə ictimaiyyətə əlavə məlumat açıqlanmayıb.




USD
EUR
GBP
RUB