Kolumbiyada göyərtəsində ölkə rəhbərliyinin olduğu helikopter atəşə məruz qalıb
Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslər tərəfindən atəşə tutulub.
SİA-nın məlumatına görə, bu barədə "Semana" jurnalı bildirib.
Məlumata əsasən, hadisə gündüz saatlarında Norte-de-Santander departamentinin üzərində səmada baş verib. Təyyarənin göyərtəsində Milli Müdafiə Naziri Dieqo Molano və Daxili İşlər Naziri Daniel Palasios da olub.
Xəsarət alan olmayıb. Hakimiyyət orqanları araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB