Özbəkistan XİN başçısı Türk Şurasının Baş katibi ilə görüşüb

Özbəkistan XİN başçısı Türk Şurasının Baş katibi ilə görüşüb

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov bu ölkədə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.
SİA Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Əbdüləziz Kamilov Fərqanə vilayətinin Kokand şəhərində Türk Şurasının turizm nazirlərinin VI iclasının uğurla keçirilməsi münasibətilə Bağdad Amreyevi təbrik edib.
Nazir Türk Şurası tərəfindən qədim Kokand şəhərinin Türk dünyasının ilk turizm paytaxtı elan olunmasından məmnunluğunu bildirib.
Görüşdə Türk Şurası ilə Özbəkistan arasında münasibətlərin hazırki vəziyyəti və perspektivləri, həmçinin təşkilatın daha da gücləndirilməsi ətrafında geniş müzakirələr aparılıb.
Danışıqlar zamanı Özbəkistanın Türk Şurasının üzvü olan dövlətlərlə əməkdaşlığının dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə