2016-2019-cu illər arasında 200-dən çox uşağı öldürdüyü iddia edilən "Mavi Balina" oyunu yenidən yayılmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyada 3 gündə intihar edən 2 uşaqdan biri sosial mediada “Qurban çox olacaq. Qrupda 524 nəfərik” deyə paylaşım edib.
Oyunun adı 2 ildir eşidilmədi. 11 iyun tarixində Rusiyanın Lipetsk şəhərində Maria (14) adlı bir qız özünü qatar stansiyasında qatarın qarşısına ataraq intihar edib. Üç gün sonra isə Mariyanın dostu İsgəndər (16) eyni stansiyada özünü öldürüb. 2 intihardan sonra istintaqa başlayan polis Mariyanın sosial mediada dəhşətli bir video paylaşdığını təyin edib.
Qeyd edək ki, videoda Mariya ağlayaraq “Mavi Balina" qayıtdı. Yeni bir dalğa gəlir. Çox sayda qurban olacaq. Qrupda 524 nəfər var. Vaxtım bitdi” deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB