Liviya hökuməti ölkədə təşkil olunan bombalama nəticəsində 700-dən çox mülki əhalinin həlak olmasında NATO-nu günahlandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin sözçüsü Musa İbrahim Səhiyyə Nazirlyinin Tripolidə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
İbrahimin sözlərinə görə, cari ilin martın 19-dan mayın 26-a qədər bombalama nəticəsində 718 nəfər ölüb, 4076 nəfər yaralı qeydə alınıb. 433 nəfər isə ağır vəziyyətdədir.
O qeyd edib ki, bu rəqəmlər yalnız mülki insanlara aiddir. Onun sözlərinə görə, bombalanma nəticəsində onlarla yaralı və ölən əsgərlər var ki, onlar haqqında ölkənin Müdafiə Nazirliyi məlumat verməkdən imtina edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB