Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

Bu dəfə söhbət parametrləri hələ müəyyənləşməmiş iqtisadi sanksiyalardan gedir
Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

Avropa Birliyində təmsil olunan dövlət və hökumət başçıları Brüsseldəki son sammitdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsinin zəruriliyi barədə nəticəyə gəliblər. Qeyd edək ki, Avropa Birliyi şuranın xarici siyasət xidmətinə bu ehtimalı araşdırmağı tapşırıb.

Bu barədə TASS xəbər verir. Agentliyin verdiyi məlumata görə, bu dəfə söhbət parametrləri hələ müəyyənləşdirilməmiş bəzi iqtisadi sanksiyalardan gedir.

Bildirək ki, şuranın zirvə toplantısının ilk günündə qəbul edilən yekun bəyanatında Avropa Birliyi Rusiyanın gələcəkdə zərərli olan hər hansı bir fəaliyyətinə sərt və koordinasiyalı cavab verilməsinin vacibliyini vurğulayıb.

Onu da bildirək ki, bütün bunlarla yanaşı, Avropa Birliyi iqlim və ətraf mühitin qorunması, səhiyyə və bəzi xarici siyasət məsələlərində Rusiya ilə dialoq aparmağın mümkünlüyünü də istisna etməyib.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Avropa Birliyinin dövlət və hökumət başçılarının Brüsseldəki sammiti zamanı Almaniya kansleri Angela Merkellə Fransa prezidenti Emmanuel Makron Avropa Birliyi liderlərinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək təşəbbüsünü rədd etmişdilər.

Qeyd edək ki, alman və fransız lidelərinin səsə qoyulan bu təklifi qəbul edilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə