Koronavirusa qarşı peyvənd olunmuş Britaniya vətəndaşları ölkəyə qayıdarkən təcrid olunmayacaqlar
Koronavirusa qarşı tam peyvənd odzasını alan britaniyalılar əksər ölkələrdən qayıtdıqdan sonra karantin tələbindən azad olunur.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şeps "Twitter" səhifəsində yazıb.
"Müvəffəqiyyətli peyvənd proqramımız sayəsində niyyətimiz bu yayda tamamilə peyvənd olunan Böyük Britaniya sakinlərinin sarı siyahıdakı ölkələrdən gəldikləri zaman təcriddən azad olunmasıdır. Təfərrüatları gələn ay müəyyənləşdirəcəyik", - nazir yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB