Çinin Sintszyan-Uyğur Muxtar rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
SİA-nın məlumatına görə, bu barədə ölkənin seysmoloji xidmətindən bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri əhalisi 2,7 milyondan ibarət Aksu dairəsində, Kuça şəhər mahalı yaxınlığında olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hazırda xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB