Çində təlim mərkəzində baş vermiş yanğın nəticəsində ən azı 18 nəfər ölüb

Çində təlim mərkəzində baş vermiş yanğın nəticəsində ən azı 18 nəfər ölüb

Çinin Henan əyalətinin Şantsyu şəhərində təlim mərkəzində baş vermiş güclü yanğın nəticəsində azı 18 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə “CGTN” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə döyüş sənətinin tədris olunduğu məktəbində baş verib.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə